11.10.2019

“Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

            Bərdə rayonu Yeni Daşkənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

           Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzuları barədə, həmçinin yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib..

               Sonda müəllim və şagirdlərin sualları cavablandırılıb.

               Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə həyat fəaliyyəti təhlükəsizliyinə dair bilikləri aşılamaq olub.