15.10.2019

"Azərbaycanın müstəqilliyi əbədidir" mövzusunda rəsm və inşa-yazı müsabiqəsi keçirilib

            18 oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə "Azərbaycanın müstəqilliyi əbədidir" mövzusunda rəsm və inşa-yazı müsabiqəsi keçirilib.

            Müsabiqə təhsil şöbəsi tərəfindən təşkil olunub. Münsiflər heyətinin qərarına əsasən, rəsm müsabiqəsində Alpoud kənd tam orta məktəbin şagirdi Təhminə Əlizadə və Mollalı kənd tam orta məktəbin şagirdi Xumar Nəsibli birinci yerə, şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Məryəm Quliyeva və Xəsili kənd tam orta məktəbin şagirdi Gülnar Baxışova ikinci yerə, Əyricə kənd tam orta məktəbin şagirdi Ləman İsmayılova və Güloğlular kənd ümumi orta məktəbin şagirdi Zeynəb Bayramova isə üçüncü yerə layiq görülüb.

             İnşa-yazı müsabiqəsində isə şəhər 3 nömrəli tam orta məktəbin şagirdi İlahə Abbasova I yerə, Şahvəlilər kənd tam orta məktəbin şagirdi Aysu Mədədova və Əmirli kənd tam orta məktəbin şagirdi Fidan Fərzəliyeva II yerə, Şəhər 5 nömrəli tam orta məktəbin şagirdi İlahə Həsənova və Şirvanlı kənd tam orta məktəbin şagirdi Röya Abbaslı III yerə layiq görülüb.

              Qaliblərə diplomlar və hədiyyələr verilib.


Açar sözlər: ,  ,