Oktyabrın 27-də "Təbiəti sevənlər" layihəsi çərçivəsində Şamaxı Astrofizika Rəsədxanası və Pirqulu dövlət qoruğuna ekskursiya edilib. Ekskursiyada 25 nəfər dərnək üzvü, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin direktoru Teymur Həmidov, layihənin ekoloqu Xosrov Musayev, layihənin eksperti Zövqiyyə Əsədova, təlimçi - müəllim Aytəkin Həsənova və layihə rəhbəri Şahirə Həsənova iştirak ediblər.
Əvvəlcə Astrofizika Rəsədxanasının gənc alimləri dərnək üzvlərini rəsədxananın muzeyi ilə tanış edib, Rəsədxananın fəaliyyəti, teleskoplar və səma cisimləri haqda ətraflı məlumat veriblər. Cəmi 5 ölkədə quraşdırılmış ən nəhəng və keyfiyyətli teleskoplardan birinin ölkəmizdə olması və onun işləmə mexanizmi ekskursiya iştirakçılarının böyük marağına səbəb olub. Sonra dərnək üzvləri Dəmirçi Arxeologiya müzeyində olub və burada da maraqlı məlumatlar əldə ediblər.
Sonda qoruq ərazisində yerləşən təbiət güşəsində xatirə şəkilləri çəkilib.