04.11.2019

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı “Laməkan şair” mövzusunda şeir müsabiqəsi keçirilib

                Bərdə Rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı “Laməkan şair” mövzusunda şeir müsabiqəsi keçirilib.

               Müsabiqədə 13 məktəb (9 şəhər, 4 kənd) üzrə 28 şagird iştirak edib. Müsabiqəni giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verilib.

           Sonra yarış iştirakçıları Gənclər və İdman idarəsi, Təhsil şöbəsiYazıçılar Birliyinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən dinlənilib.

             Münsiflər heyətinin qərarına əsasən şəhər 7 nömrəli tam orta məktəbin IX sinif şagirdi Fidan Nəsirli I, şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ayşənur Məmmədova, şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Çinarə İbrahimova və şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ramizə Hümbətova II, Mirzəxan kənd tam orta məktəbin IX sinif şagirdi Leyla Alıyeva və şəhər 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Leyla yaşazadə III yerə layiq görülüblər.

                  Qaliblərə diplomlar  təqdim edilib.


Açar sözlər: ,  ,