07.11.2019

“Qarabağda dalğalansın bayrağımız” mövzusunda rəsm və inşa müsabiqəsi keçirilib

            Bərdə Rayon Təhsil Şöbəsi, rayon Gənclər və İdman İdarəsi və Bərdə regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə rayonun orta məktəb şagirdləri arasında “Qarabağda dalğalansın bayrağımız” mövzusunda rəsm və inşa müsabiqəsi keçirilib.

                Müsabiqə şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib və 11 məktəbdən 41 şagird iştirak edib.

             Tədbirdə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Təhsil şöbəsi metodkabitenin direktoru Xuraman Qurbanova, Bərdə regional "ASAN xidmət" mərkəzinin könüllülər üzrə məsul şəxsi Şamxal Yaqubov açaraq, mövzu ilə bağlı məlumat veriblər.

          Müsabiqədə qalib olan şagirdlər təşkilatçılar tərəfindən hazırlanmış müvafiq dərəcəli Diplom və hədiyyələr ilə mükafatlandırılacaqlar.


Açar sözlər: ,  ,