07.11.2019

"Təbiəti sevənlər" layihəsi çərçivəsində "Ekologiyaya antropogen təsirlər" mövzusunda diskussiya təşkil edilib

             Noyabrın 7-də şəhər 5 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə lll qrant müsabiqəsində qalib olan  "Təbiəti sevənlər" layihəsi çərçivəsində "Ekologiyaya antropogen təsirlər" mövzusunda diskussiya təşkil edilib.

          Tədbirdə məktəbin direktoru Teymur Həmidov, layihənin ekoloqu Xosrov Musayev, layihənin eksperti Zövqiyyə Əsədova, təlimçi - müəllim Aytəkin Həsənova, layihə rəhbəri Şahirə Həsənova,  məktəbin müəllim və şagirdləri iştirak ediblər.

            İlk öncə dəyirmi masa ətrafında mövzu haqqında fikirlər dinlənilib, şagirdlərin hazırladıqları rəsm işləri nümayiş olunub, maraqlı fikir və təkliflər səsləndirilib.

                 Sonda ekspertlər tərəfindən fərqləndirilən 5 nəfər şagirdə hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,  ,