Noyabrın 28-də Şorəlli kənd tam orta məktəbdə müəllimlərlə “Bullinq və onun qarşısının alınması” istiqaməti üzrə maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Gülnarə Əliyeva çıxış edərək sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaq, müəyyən həll yollarını göstərmək məqsədilə keçirilən təqdimatda bullinqin mənası, onun hansı növləri və kimlərin bullinq riski altında olduğu haqqında məlumat verib.
G. Əliyeva həmçinin qeyd edib ki, bullinq törədən tərəfi sülh yolu ilə bu əməlindən daşındırmağa çalışılmalıdır.
Tədbir zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş “Mənimlə danış” kompaniyasının videoçarxı göstərilib.
Sonda müəllimlərlə bullinqin öhdəsindən necə gələ bilməyin yolları müzakirə olunub.