Bərdə şəhər 6 nömrəli tam orta məktəbdə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, məktəbin müəllim və şagird kollktivi iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd uşaq hüquqlarını təbliğ etmək, hüquq düşüncəsini, hüquq mədəniyyətini inkişaf etdirməkdən ibarətdir.
Himn sədaları ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Elşən Məmmədov çıxışında ölkədə uşaq hüquqlarının qorunması və onlara göstərilən dövlət qayğısından danışıb.
Daha sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.