Təhsildə inkişaf və innovasiyalar üzrə lll qrant müsabiqəsinin qalibi olan "Təbiəti sevənlər" layihəsinin yekun təqdimat tədbiri keçirilib.
Bərdə şəhər 5 nömrəli məktəbin akt zalında keçirilən tədbirdə təhsil şöbəsinin nümayəndələri, bir çox məktəblərin müəllimləri, dərnək üzvüləri və valideynlər iştirak ediblər.
Layihənin rəhbəri Şahirə Həsənovanın və dərnək üzvlərinin çixışlarında layihə müddətində görülmüş işlər haqqında ətraflı məlumat verilib.
Sonda təlimlərdə fəallıq göstərən hər bir şagirdə sertifikatlar təqdim olunub.