06.12.2019

Bərdə Rayon Təhsil Şöbəsinin iclas zalında təhsilyanı şura iclası keçirilib.

                Bərdə Rayon Təhsil Şöbəsinin iclas zalında təhsilyanı şura iclası keçirilib.

             İclasda Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, şöbənin əməkdaşları və Bərdə şəhər ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

          Təhsilyanı şura iclasında ilk olaraq RTŞ-nin müdiri R.Şərifov çıxış edərək gündəlikdə duran məsələlər barədə məlumat verib.

       İclasda 19 oktyabr 2019-cu il tarixdə keçirilən IX siniflərin buraxılış imtahanlarının II mərhələsinin sınaq qiymətləndirilməsinin təhlili, prioritet fəaliyyət istiqamətləri, Bərdə şəhər ümumtəhsil məktəblərində aparılacaq monitorinqlərə hazırlıq və digər məsələlər müzakirə edilib.


Açar sözlər: ,