10.12.2019

"Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə" 

            Bərdə şəhər ümumtəhsil məktəblərinin X-XI sinif şagirdlərinin iştirakı ilə "Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə" layihəsi üzrə inşa müsabiqəsi keçirilib.

        Müsabiqənin keçirilməsində məqsəd gənclərin milli təfəkkürünün inkişafı, dünya görüşünün və məntiqinin formalaşmasıdır.

            Müsabiqədə ölkəmiz üçün spesifik və önəmli olan “Azərbaycanda Lider qadınlar və onların formalaşmasında imkanlar, çətinliklər və maneələr”, “Təhsilin Azərbaycan qızlarının müqəddəratına təsiri”, “Azərbaycanda köçkün qadınların göstərdiyi şücaət” kimi mövzulara daha çox diqqət yetirilib.


Açar sözlər: ,  ,  ,