IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədilə mərkəzləşmiş sınaq imtahanı keçirilib.
Dekabrın 14-də Bərdə şəhər ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədilə mərkəzləşmiş sınaq imtahanı keçirilib.
İmtahanda şəhər ümumtəhsil məktəblərindən 1722 şagird iştirak edib. Onlar Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 30 olmaqla, ümumilikdə 90 sualı 180 dəqiqə ərzində cavablandırıblar.
Sınaq imtahanı buraxılış imtahanlarının ikinci mərhələsinin formatına uyğun olaraq hazırlanıb.