20.12.2019

Tarix fənni üzrə bilik yarışı keçirilib

              Bərdə şəhər 7 nömrəli tam orta məktəbdə VIII siniflər arasında tarix fənni üzrə bilik yarışı keçirilib.

           Məktəbin iclas zalında keçirilən yarışda 3 sinifdən 18 şagird iştirak edib. Yarış zamanı bir-birindən maraqlı suallar, cavablar, mülahizələr və fikirlər söylənilib. Şagirdlər suallara düzgün və ətraflı cavab verməyə çalışıblar. 3 mərhələ üzrə keçirilən yarışda şagirdlərin sərbəst fikir yürütmələri, çətin suallara verdikləri dolğun cavablar hər kəsi təəccübləndirib.
              Yarışı məktəbin şagird müəllimləri maraqla izləyiblər.

           İntellektual bilik yarışında məktəbin VIIIa sinifinin “Odlar yurdu” komandası sualların çoxuna cavab verərək birinci yerə layiq görülüb.


Açar sözlər: ,  ,