Şəhər 6 nömrəli tam orta məktəbdə Bəxtiyar Vahabzadənin anadan olmasının 94 illiyi münasibətilə “Sandıqdan səslər” adlı tədbir keçirilib.
Tədbiri məktəbin ədəbiyyat müəllimi Günay Səfərova açaraq bildirib ki,B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcimli poemanın müəllifidir. Şairin əsərləri, şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, ispan, macar, dillərinə tərcümə edilib.
G.Səfərova qeyd edib ki, B.Vahabzadə bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirməklə başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. “Mənim dostlarım” adlı ilk kitabında toplanan lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapıb.
Sonra şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib, şairin yaradıcılığına həsr edilmiş kompazisiya nümayiş etdirilib.