Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllim, şagird, valideyn və digər qonaqlar iştirak ediblər.
Bayram yığıncaqlarında məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbirlərdə şagirdlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.