12.01.2020

Respublika fənn olimpiadalarının Bərdə rayonu üzrə birinci mərhələsi keçirilib

            Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Bərdə rayonunda da 2019-2020-ci dərs ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci―rayon mərhələsi keçirilib.

                Bilik yarışında rayon ümumtəhsil məktəblərinin IX, X, XI sinif və xüsusi istedada malik olan VIII sinif şagirdlərindən 499 nəfər iştirak edib.

            Bərdə rayonu üzrə olimpiada şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib. Saat 10:00-dan başlanan bilik yarışı 13:00-da başa çatıb və şagirdlərə bu 3 saat ərzində cavablandırmaları üçün fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

            Qeyd edək ki, Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.


Açar sözlər: ,  ,