14.01.2020

"Onluq kəsrin natural ədədə vurulması" mövzusunda açıq dərs keçirilib

      Şorəlli kənd tam orta məktəbdə riyaziyyat fənnindən "Onluq kəsrin natural ədədə vurulmasımövzusunda açıq dərs keçirilib. 

         Dərs məktəbin V sinifində təşkil edilib. Fənn müəllimi Minayə Quluyeva  mövzu ətrafında şagirdlərə geniş məlumat verib və dərs müddətində şagirdlərin fəallığı təmin olunub.

            "Açıq dərs"də məktəbin direktoru, direktor müavinləri və fənn müəllimləri müşahidəçi qismində iştirak ediblər.

            Şagirdlər qruplara bölünərək mövzu haqqında verilən test tapşırıqlarını həll etməyə çalışıblar. 

            Açıq dərsin sonunda məktəbin direktoru Gülnarə Əliyeva Minayə müəllimə haqqında fikirlərini bildirib və qeyd edib ki, keçirilən dərs dinləyən müəllimlərin təsəvvürünü xeyli zənginləşdirib.


Açar sözlər: ,  ,