Yanvarın 17-də Respublikanın bütün ümumi təhsil müəssisələrində olduğu kimi Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə də 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilib.
Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərslərdə xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənilib, “Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir?” mövzusunda müzakirələr aparılıb.
Bundan əlavə, rayonun bütün məktəblərində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Kitab, foto və rəsm sərgisi, müsabiqələr, ədəbi-bədii kompozisiyalar təşkil olunub, seminar və "Dəyirmi masalar" da keçirilib.
Qeyd edək ki, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində rayonun təhsil işçiləri, şagird və müəllimlərin şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarəti davam edir.