Yanvarın 1-də Bərdə Rayon Təhsil Şöbəsində Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasovun məktəb direktorları ilə görüşü keçirilib.
Görüşdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, şöbənin digər əməkdaşları və məktəb direktorları iştirak ediblər.
İclasda STEAM pilot layihəsindən, peşə təmayüllü siniflərinin yaradılmasından, icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyətindən, IX siniflərinin mərkəzləşdirilmiş monitorinq imtahanın nəticələrindən və digər məsələlərdən danışılıb, müzakirələr aparılıb.
Sonra məktəb direktorının fikir və təklifləri dinlənilib.