23.01.2020

Bərdə rayonu üzrə 50 nəfər fənn olimpiadalarının yarımfinal turunda iştirak etmək hüququ qazanıb

           Yanvarın 12-də keçirilən Respublika fənn olimpiadalarının şəhər (rayon) mərhələsinin nəticələri açıqlanıb.

           Bərdə rayonu üzrə 50 nəfər fənn olimpiadalarının yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

           Onlardan 6 nəfər riyaziyyat, 19 nəfər Azərbaycan dili, 8 nəfər kimya, 7 nəfər biologiya, 4 nəfər coğrafiya, 5 nəfər tarix, 1 nəfər isə fizika fənnləri üzrədir.

           Rayon üzrə ən yüksək nəticəni Şahvəlilər kənd tam orta məktəbin X sinif şagirdi Hüseyn Babayev əldə edib. Belə ki, şagirdimiz kimya fənni üzrə verilmiş 25 tapşırıqdan 23-nü düzgün cavablandırıb.


Açar sözlər: ,  ,  ,