03.02.2020

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

             Fevralın 1-də Bərdə məktəbləri üzrə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.

        Müsabiqənin rayon mərhələsində Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 56 ümumi təhsil məktəblərindən 82 şagird iştirak edib.

             Müsabiqənin rayon mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə açıq suallar verilib. Rayon mərhələsinin qalibləri müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Ölkə mərhələsində şagirdlər onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar.

     Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.

             Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir. 


Açar sözlər: ,