Fevralın 17-də Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən şəhər məktəblərinin direktorlarının fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları və məktəb direktorları iştirak ediblər. Dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar direktorların hesabat məruzələri dinlənilib.
Sonda TŞ-nin əməkdaşlarının məktəb direktorlarına təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb, və verilən suallar cavablandırılıb.