18.02.2020

“Xocalı fəryadı” mövzusunda rəsm və inşa-yazı müsabiqələri keçirilib

        Fevraln 18-də Bərdə Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı fəryadı” mövzusunda rəsm və inşa-yazı müsabiqələri keçirilib.

         Rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən müsabiqə şəhər 3 nömrəli tam orta məktəbdə təşkil edilib.

             Müsabiqələrdə 168 nəfər şagird iştirak edib. Qaliblərə Bərdə RTŞ-nin müvafiq dərəcəli diplomları təqdim olunacaq.


Açar sözlər: ,  ,