19.02.2020

Biologiya müəllimləri ilə maarifləndirici tədbir keçirilib

       Fevların 19-da Azərbaycan Respublikası Təhsil Nazirinin 05.02.2020-ci il tarixli F-75 nömrəli əmrinə əsasən respublikamızda yeni koronovirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planının icrası ilə əlaqədar biologiya müəllimləri ilə maarifləndirici tədbir keçirilib.

             Bərdə Rayon Təhsil Şöbəsin iclas zalında keçirilən tədbirdə şöbənin əməkdaşları, uşaq xəstəxanasının həkimləri və rayonun ümumtəhsil məktəblərində çalışan biologiya müəllimləri  iştirak ediblər.

          Tədbiri Təhsil Şöbəsinin metodisti Zövqiyyə Əsədova açaraq, Təhsil Nazirinin 05.02.2020-ci il tarixli F-75 nömrəli əmrinə əsasən koronavirus və onunla mübarizə metodları haqqında şagirdlər, müəllimlər və valideynlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb və müəllimlərə məktəblərdə əmrin icrasının yerinə yetirilməsini tapşırıb.

             Şəhər 5 nömrəli tam orta məktəbin biologiya müəllimi Şahirə Həsənova koronovirusun yaranma tarixindən, yoluxma səbəblərindən, yaratdığı xəstəliyin təhlükəsindən və qorunma səbəblərindən danışıb.

            Uşaq xəstəxanasının həkimi Adilə Səlimova virusun törətdiyi fəsadlardan və onlardan necə yayınmaq lazım olduğu barədə məlumat verib.

              Sonda həkimlər müəllimlərin mövzu ilə bağlı suallarını cavablandırıblar.


Açar sözlər: ,