Bərdə şəhər ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
İnşa və rəsm müsabiqələri, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, divar qəzetlərinin dərci, açıq dərslər və s. formatlarda təşkil olunan tədbirlərdə şagirdlərə Xocalı faciəsinin səbəbləri, bu qanlı faciənin tariximizdə buraxdığı izlər və nəticələri barədə geniş məlumat verilib.
Keçirilən tədbirlərdə şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.