27.02.2020

Tərbiyə işləri üzrə təşkilatçı müavinlərin seminarı keçirilib

           Fevralın 28-də Bərdə Rayon Təhsil Şöbəsində tərbiyə işləri üzrə təşkilatçı müavinlərin seminarı keçirilib.

          Seminarda  təhsil şöbəsinin məsul şəxsləri və rayonun bütün təhsil müəssisələrindən olan tərbiyə işləri üzrə təşkilatçı müavinlər iştirak ediblər.

          Seminarın keçirilməsində məqsəd koronovirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planının hazırlanması, bununla bağlı məktəblərdə şagird və valideynlərlə maarifləndirmə işlərinin aparılması üçün tədbirlərin təşkili olub.

            Sonda təşkilatçı müavinləri maraqlındıran suallar cavablandırılıb və onlara bir sıra təlimatlar verilib.


Açar sözlər: ,