11.05.2020

“Heydər Əliyev Azərbaycan Dövlətinin qurucusudur” mövzusunda onlayn şeir və rəsm müsabiqəsi keçirilib

        Mayın 4-8-i tarixlərində Bərdə Rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünün qeyd olunması münasibəti ilə orta məktəblərin şagirdləri arasında “Heydər Əliyev Azərbaycan Dövlətinin qurucusudur” mövzusunda onlayn şeir və rəsm müsabiqəsi keçirilib.

             Müsabiqədə 19 məktəb ( 9 şəhər, 10 kənd ) üzrə 75 şagird iştirak edib.

           Şeir müsabiqəsi üzrə münsiflər heyətinin yekdil qərarına əsasən Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin V sinif şagirdi Onur Əlizadə və F. Muradov adına şəhər 7 nömrəli tam orta məktəbin V sinif şagirdi Nərmin Ələsgərova I, F. Muradov adına şəhər 7 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Sirac Almazov və Kətəlparaq kənd tam orta məktəbin IV sinif şagirdi Nərmin Həşimli II, N.Nərimanov adına şəhər 3 nömrəli tam orta məktəbin VI sinif şagirdi Sərvər Ələkbərov və Şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbin VII sinif şagirdi Şükufə Məmmədli isə III yerə layiq görülüblər.

         Rəsm müsabiqəsi üzrə münsiflər heyətinin yekdil qərarına əsasən N.Nərimanov adına şəhər 3 nömrəli tam orta məktəbin V sinif şagirdi Gülay Ağayeva və şəhər 8 nömrəli tam orta məktəbin VII sinif şagirdi Nuray Həsənli I, Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Aytac Hüseynli II, Yeni Əyricə kənd tam orta məktəbin VI sinif şagirdi Gülnar Hüseynzadə isə III yerə layiq görülüb.

             S.Behbudov adına 6 nömrəli tam orta məktəbin VI sinif şagirdləri Əliyev Məhəmməd və Əliyev Pənah, B. Əjdər oğlu adına Yeni Əyricə kənd tam orta məktəbin IV sinif şagirdi Ağazadə Sevinc, N. Paşayev adına Əliyanlı kənd tam orta məktəbin IV sinif şagirdi Ələkbərli Aylin Fəqan qızı, Bərdə şəhər 8 nömrəli tam orta məktəbin IV sinif şagirdi Kazımlı Nurcan Natiq qız və Şəhid Alı adına Bərdə şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Qəhrəmanlı Ləman Rəşadət qızı həvəsləndirici yerə layiq görülüblər.

             Qaliblər Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunacaq.