31.05.2020

“28 may-Respublika günü”nə həsr olunmuş “Azərbaycan–dünyam mənim” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilib.

            Mayın 26-27-si tarixlərində Bərdə Rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta məktəblərin şagirdləri arasında “28 may-Respublika günü”nə həsr olunmuş “Azərbaycan–dünyam mənim” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilib.

              Müsabiqədə 13 məktəb üzrə 29 şagird iştirak edib.

            İnşa-yazı müsabiqəsi üzrə münsiflər heyətinin yekdil qərarına əsasən N.Nərimanov adına şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi İlahə Abbasova və Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdi Arzu Mustafayeva I, E.Mirzəyev adına Muğanlı kənd tam orta məktəbin VIII sinif şagirdi Rauf Məmmədov və F. Muradov adına şəhər 7 nömrəli tam orta məktəbin IX sinif şagirdi Günay İbadova II, Şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Çinarə İbrahimova, E.Məmmədov adına Samux kənd tam orta məktəbin IX sinif şagirdi Rüşanə Məmmədova və V.Sadıqov adına Şirvanlı kənd tam orta məktəbin X sinif şagirdi Fidan Əliyeva isə III yerə layiq görülüblər.

             Qaliblər Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və hədiyyələr ilə təltif olunacaqlar.


Açar sözlər: ,