23.09.2020

Ümumtəhsil məktəblərində tədris və təlim-tərbiyə prosesinin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkili nəzarətdə saxlanılır

            Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədris və təlim-tərbiyə prosesinin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkili nəzarətdə saxlanılır.

                  Təhsil Şöbəsi tərəfindən yaradılmış monitorinq komissiyası məktəblərə monitorinqi davam etdirilir.

          Monitorinqlər  zamanı əməkdaşlar tərəfindən məktəblilərə koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez, qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri barədə müvafiq tövsiyələr verilir.

          Təqdirəlayiq haldır ki,  monitorinq zamanı koronavirusla əlaqədar təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşma müşahidə olunub.

          Qeyd edək ki, sentyabr 14-də Bərdə Rayon Təhsil Şöbəsinin müdirinin müvafiq əmrinə əsasən, rayonunun ümumtəhsil məktəblərində tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabinetinin qərarlarına və Təhsil Nazirliyin metodiki göstərişlərinə uyğun olaraq təşkil vəziyyətini öyrənilməsi, maarifləndirmə işlərinin aparılması və müvafiq təkliflər vermək üçün monitorinq komissiyası yaradılıb.


Açar sözlər: ,  ,  ,