11.02.2021

Respublika fənn olimpiadaları davam edir

Respublika fənn olimpiadaları davam edir.

Fevralın 11-də 2020-2021-ci tədris ili üçün fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilir.

Bərdə rayonunda fənn olimpiadası 1 mərkəzdə həyata keçirilir.

Qeyd edək ki, 12 fevral 2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyat, tarix fənləri üzrə olimpiadalar təşkil ediləcək.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənnlərin dərindən öyrənilməsinə marağın artırılması, çalışqanlığı, eləcə də bilik və bacarığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Respublika fənn olimpiadaları "Kapital Bank"ın baş sponsorluğu ilə həyata keçirilir.