21.02.2021

21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Bərdə Şəhər Təhsil Şöbəsində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları və dil-ədəbiyyat müəllimləri iştirak ediblər.

Çıxış edənlər 21Fevral-Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ədəbi dil normalarının qorunması uğrunda mübarizədən danışıblar. Bildirilib ki, Beynəlxalq Ana Dili Günü bütün dünyada qeyd olunur. Belə ki, 1999-cu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatı (BMT) Banqladeş səfirinin təşəbbüsü ilə fevral ayınının 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Lakin bu günün elan olunması 1999-cu ilə təsadüf etsə də, yaranma səbəbinin baş verdiyi hadisələr daha əvvəlki dövrə gedib çıxır. Belə ki, 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz əlaməti olaraq keçirilmiş aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər tələbə şəhid olub. Bununla əlaqədar olaraq, Banqladeş nümayəndələri həmin şəhidlərin xatirəsinə hörmət əlaməti kimi fevralın 21-nin Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər.

Bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da bu gün qeyd olunur. Sevindirici haldır ki, dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə təkcə bu gün aktuallaşdırılmır, müntəzəm olaraq həyata keçirilir. Xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev ardıcıl və məqsədyönlü dil siyasəti aparıb, Azərbaycan dilinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib.


Açar sözlər: ,