Bərdə Rayon Təhsil Şöbəsində gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq məqsədi ilə hərbi rəhbərlər və yuxarı sinif şagirdləri ilə “Vətən yaxşıdır” adlı onlayn tədbir keçirilib.
Tədbirlərdə məktəblilər arasında hərbi vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılmasında Müdafiə və Təhsil nazirliklərinin birgə fəaliyyətinin mühüm aspektlərindən danışılıb. Hərbi vətənpərvərlik işinin səmərəli təşkili üçün fikir mübadilələri aparılıb, hərbi rəhbərlərin təklifləri və istəkləri qeydə alınıb.
Təhsil şöbəsinin nümayəndəsi Anar Rəsulov bildirib ki, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması bizim ən vacib vəzifələrimizdən biridir. "Pedaqoji kollektiv olaraq tədris olunan fənlərlə yanaşı, şagirdlərdə Vətənə məhəbbət hissini daha da qüvvətləndirmək, vətənpərvərliyin məzmununu onlara düzgün çatdırmaq əsas vəzifələrimizdəndir. Bu gün şagirdlərimizdə olan vətənpərvər ruhu onun göstəricisidir ki, dövri-qədimdən qəhrəmanlarımız olub, bu gün də var, sabah da olacaq.”