19.02.2021

“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici onlayn tədbir keçirilib

Bərdə Rayon Təhsil Şöbəsində  “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici onlayn tədbir keçirilib.

Tədbirdə Bərdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, müəllimlər və valideynlər iştirak ediblər.

Maarifləndirici tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.


Açar sözlər: ,  ,