Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib.
Tədris olunan dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dərsləri tədris edən müəllimlər 29 il bundan əvvəl Xocalının sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən müəllimlər onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.