26.02.2021

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı rəsm sərgisi təşkil edilib

Bərdə Şəhər Təhsil Şöbəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı rəsm sərgisi təşkil edilib.

Sərginin təşkil edilməsində məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilərarasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

Rəsmləri çəkən şagirdlər həmin gecənin dəhşətlərini, yüzlərlə insanın al qanına qəltan edilib qətlə yetirilməsini, düşmənin kimsəyə aman verməməsini uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər.


Açar sözlər: ,