01.03.2021

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə maarifləndirici onlayn tədbir keçirilib

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə Bərdə Rayon Təhsil Şöbəsi Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi və Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin birgə təşkilatçılığı ilə maarifləndirici onlayn tədbir keçirilib.

Təhsil şöbəsinin əməkdaşı İsa Abbasov və digər çıxış edənlər Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması, mülkü müdafiənin məqsədi və maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdilər ki, Beynəlxalq  Mülki Müdafiə Təşkilatı Baş məclisin qərarı ilə 1972-ci ildən  etibarən  hər il martın 1-i  bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub. Hazırda Beynəlxalq  Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir.  Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.


Açar sözlər: ,