19.04.2021

Bərdə rayonu üzrə Təhsil meneceri "Təşəkkürnamə" ilə təltif olunub

 

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bərdə rayonu üzrə Təhsil meneceri , Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin informatika müəllimi Hacıyeva Mələk Mahir qızı " Virtual Məktəb " layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə " Təşəkkürnamə" ilə təltif edilmişdir.

    Təhsil menecerləri 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açmış “Virtual məktəb”də yaradılan imkanlardan istifadə üzrə müəllim və şagirdlərə dəstək göstərmək məqsədi ilə fəaliyyətə başlayıb. Hazırda ölkə üzrə 62 menecer “Virtual məktəb” üzrə fəaliyyət göstərir. Hər bir menecer aid olduğu şəhər və region üzrə şagirdlərin ümumi 9 minlik böyük qruplarına, eyni zamanda, müəllimlərin böyük qruplarına nəzarət edir. Böyük şagird qruplarında menecerlər təhsilalanları mərkəzləşdirilmiş tədbir, müsabiqə və yarışlar haqqında məlumatlandırır, təhsillə bağlı material və təlimatları paylaşaraq, ümumi prosesə nəzarət edirlər. Müəllim region qrupları üzrə isə menecerlərin əsas fəaliyyəti təhsilverənlərin platforma üzrə çətinliklərinə kömək etmək, müvafiq təlimatlar vermək və mərkəzləşmiş şəkildə idarəetməni təşkil etməkdir. Təhsil menecerləri eyni zamanda, regional təhsil şöbələri ilə sıx əməkdaşlıq quraraq, region üzrə platforma ilə bağlı olan bütün sualların layihə mərkəzinə çatdırılmasına və qısa zamanda həllinə dəstək olurlar.