VI-VII sinif şagirdləri arasında VI respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinə start verilib.
Aprelin 26-da VI siniflər üçün riyaziyyat və informatika fənləri üzrə imtahan prosesi təşkil edilib. Aprelin 27-də isə VII siniflər üçün fizika, kimya və biologiya fənləri üzrə imtahan prosesinin təşkili nəzərdə tutulur.
Müsabiqə 25 mindən çox şagirdin iştirakı ilə Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün bölgələr üzrə ümumilikdə 97 mərkəzdə təşkil edilib.
Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.