Aprelin 26-da VI siniflər üçün riyaziyyat və informatika fənləri üzrə imtahan prosesi təşkil edilib. Bərdə rayonu üzrə 145 şagird iştirakçı qismində imtahan verib.
Aprelin 27-də isə VII siniflər üçün fizika, kimya və biologiya fənləri üzrə imtahan prosesi təşkil edilib. 119 şagird imtahan prosesində iştirak edib.
Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.