04.05.2021

“Xalqımızın xilaskarı” adlı onlayn  rəsm müsabiqəsi keçirilib

     27 aprel- 4 may  tarixlərində Bərdə Rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün qeyd olunması münasibəti ilə orta məktəblərin şagirdləri arasında “Xalqımızın xilaskarı” mövzusunda onlayn  rəsm müsabiqəsi keçirilib.

 

     Müsabiqədə 22 məktəb üzrə 44 şagird iştirak edib.

 

     Rəsm müsabiqəsi üzrə münsiflər heyətinin yekdil qərarına əsasən qaliblər aşağıdakı kimi müəyyənləşmişdir:

 

    1-ci yer : Təhminə Qasımova -N.Nərimanov adına şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi

    2-ci yer: Kübra Bayramlı - Muğanlı kənd  tam orta məktəbin VIII sinif şagirdi

    3-cü yer: Nuray Həsənli- şəhər 8 nömrəli tam orta məktəbin VII sinif şagirdi

 

    Qaliblər Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və hədiyyələrlə təltif olunacaq.

 


Açar sözlər: ,