Bərdə Rayon Təhsil Şöbəsi 17 may 2021-ci il tarixində onlayn iclas keçirib.
İclasda Bərdə RTŞ-nın müdir əvəzi, RTŞ-nin əməkdaşları və rayon ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.
İclasda günümüzün vacib və aktual mövzularından biri olan təhsil işçilərinin vaksinasiyası məsələsinə toxunan Bərdə RTŞ-nin müdir əvəzi cəmiyyətimizin və təhsilimizin sağlamlığı naminə hər bir təhsil işçisinin Covid-19 virusu ilə bağlı peyvənd olunmasının vacibliyini qeyd edib.
Daha sonra gündəliyin əsas məsələlərindən biri olan rayon ümumtəhsil məktəblərinin IX sinfində təhsil alan şagirdlər üçün iyun ayında keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı vacib məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.
Sonda direktorları maraqlandıran suallara aydınlıq gətirilmişdir.