24 may 2021-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “XII əsrin söz Tanrısı” mövzusunda onlayn konfrans keçirilmişdir
Tədbirin moderatoru - Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nəsirli Fidan cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsini və dahi şairimiz Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi ölkəmizdə milli mədəniyyətimizə göstərilən diqqət və qayğının daha bir parlaq nümunəsi olduğunu bildirmişdir.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov açaraq tədbirin mövzusu olan “XII əsrin söz Tanrısı” ilə bağlı geniş çıxış etdi. Qeyd etdi ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması, milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Bərdə Rayon Təhsil Şöbəsinin metodisti Aygün Xəlilova dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həm də təbiət elmlərini mükəmməl bilən və onun təbliği ilə məşğul olan bir alim olduğunu diqqətə çatdırıb.
Bərdə rayon Qaratəpə kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Savad Musayeva çıxışında dahi Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş söz açdı və tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını ətraflı şəkildə cavablandırdı.