24.07.2021

Şagirdimiz qızıl nişana layiq görülüb

    Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisəsinin XI sinif məzunlarından 1 nəfər qızıl nişana layiq görülüb.

    İyulun 23-də Bərdə Rayon Təhsil Şöbəsində Təhsil nazirinin müvafiq əmrinə əsasən qızıl nişanla təltif edilmiş D.Əliyev adına Şahvəlilər kənd tam orta məktəbin XI sinif şagirdi Hüseyn Babayev  ilə görüş keçirilib.Görüşdə Təhsil Şöbəsinin müdir əvəzi Ədalət İsmayılov Hüseyn Babayevi  təbrik edib, onun uğur qazanmasında əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib, ona təhsil yollarında yeni-yeni uğurlar arzulayıb.

    Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil naziri cənab Emin Əmrullayevin 15 iyul 2021-ci il tarixli, 357 nömrəli əmri ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun qızıl və gümüş nişanla təltif edilib.