23.07.2021

64 nəfər məzun məktəbi fərqlənmə attestatı ilə bitirib

    Bərdə rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX və XI sinfini bitirən məzunlara attestatlar təqdim olunmuşdur.

    Bərdə rayonu üzrə 64 nəfər məzun məktəbi fərqlənmə attestatı ilə bitirib. Bir nəfər məzun isə xüsusi nümunəli (qızılı) attestat və qızıl medalla bitirmişdir.

    Məlumat üçün qeyd edək ki,  attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

    Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.


Açar sözlər: ,  ,