Rayon İcra Hakimiyyəti,Rayon Təhsil Şöbəsi,Ümumtəhsil məktəbləri əməkdaşları və ictimaiyyət nümayəndələri tərəfindən Bərdə şəhərinin 28.10.2020-ci il tarixində Ermənistan ordusu tərəfindən qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsi anılıb.Tədbir iştirakçıları terror qurbanlarının xatirəsinə ucaldılmış "Xatirə Lövhəsi" önünə gül dəstələri düzərək terror qurbanlarının xatirəsinə ehtiramlarını ifadə ediblər.