25.02.2022

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilib

    

    Bərdə rayon Qazaxlar kənd tam orta məktəbində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.Tədbirdə məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə 30 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışılıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığı bildirilib. İkinci Vətən müharibəsində - 10 noyabr 2020-cil tarixdə Xocalının yağı düşmənlərdən geri qaytarılması ilə bağlı geniş məlumatlar verilib.Tədbirdə Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarx nümayiş olunub, məktəblilər kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: