13.07.2022

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

İyulun 15-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

 

Qeyd edək ki, test imtahanı mərhələsi Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

İmtahanın keçirilmə müddəti 80 dəqiqədir. Namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla ümumillikdə 45 test tapşırığı təqdim ediləcək.

 

İmtahan saat 10:00-da başlayacaq.

 

İmtahanda iştirak edəcək namizədin imtahanın keçiriləcəyi binaya daxil olarkən şəxsiyyətini təsdiq edən sənədinin üzərində olmağı mütləqdir. Eyni zamanda namizədlər 09:00-dan gec olmayaraq imtahan binasına yaxınlaşmalıdırlar.

 

Bütün namizədlərə uğurlar arzulayırıq!

 


Açar sözlər: ,