14.07.2022

Bərdə şagirdlərinin mükafatlandırılması mərasimi keçirilib

Məktəblilər arasında keçirilən “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin final mərhələsinin qalibi olmuş Bərdə şagirdlərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Tədbirdə Təhsil Nazirliyi Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Qeyrət Şirəliyev, Bərdə rayon təhsil sektorunun müdiri Qurban Məmmədov, valideyn və şagirdlər iştirak ediblər.

 

Qeyd edək ki, müsabiqədə müxtəlif naminasiyalar üzrə Bərdə rayon Kələntərli kənd tam orta məktəbin XI sinif şagirdi Musayev Ceyhun Sərvər oğlu II yerə, şəhər 7 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Salmanlı Polad Rasim oğlu III yerə, Bəcirəvan kənd tam orta məktəbin VIII sinif şagirdi İslamlı İslam Nofəl oğlu III yerə layiq görülüblər.


Açar sözlər: ,  ,  ,