15.07.2022

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

 

İyulun 15-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151- 500- nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

 

Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə keçirilən test imtahanında Ağdam, Ağcəbədi, Şuşa, Füzuli, Xocalı, Xocəvənd, Bərdə və Tərtər rayonları üzrə ümumilikdə 101 nəfər namizəd iştirak edib.

 

İmtahan zamanı namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim edilib.

 

Qeyd edək ki, ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq seçim prosesinin yalnız müsahibə mərhələsində iştirak edə biləcəklər.


Açar sözlər: ,  ,  ,