25.07.2022

Məzunlara attestatların təqdim edilməsi davam edir

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin məzunlarına attestatların təqdim edilməsi davam edir.

 

Ümumtəhsil müəssisələrini IX sinif üzrə 87, XI sinif üzrə isə 107 şagird fərqlənmə attestatı ilə bitirib.

 

Qeyd edək ki, məzunlara ümumi təhsil haqqında dövlət sənədi idarə əməkdaşları tərəfindən təntənəli surətdə təqdim edilir.

 

Bununla belə IX sinif üzrə 8792 şagird, XI sinif üzrə isə 6065 şagird ümumtəhsil məktəbini adi attestat ilə bitirib.


Açar sözlər: ,  ,